Emansipasiya (lat. emancipatio - asılılıqdan azad olunma) — asılılıqdan azadlıq, məhdudiyyət olmaması, hüquqlarda bərabərləşdirilmə. Yəni 16 yaşlı həddi-buluğa çatmayan şəxsin mülki fəaliyyət qabiliyyətli şəxs elan edilməsi. 16 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya qəyyumun razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır.
Hüquq haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |